Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqladı
idman

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqladı

18-05-2026 20:00 87 Baxış
IMG

"Qarabağ" fransalı vinger Jali Muaddini transfer etdiyini açıqlayıb.

Ağdam təmsilçisindən "Tvit.az"a verilən məlumata görə, "köhlən atlar" 25 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalayıb.

Bu gün tibbi müayinədən keçən oyunçu "Qarabağ"da 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi "Omoniya" (Aradippou) olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada "Botoşani"də çıxış edib.

Qeyd edək ki, Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.