Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb
sosial

Mayın 17-də keçirilən buraxılış imtahanlarının düzgün cavabları açıqlanıb

18-05-2026 12:00 108 Baxış
IMG

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə mayın 17-də keçirilən imtahanlarda istifadə edilən test tapşırıqlarının doğru cavab etalonları elan edilib.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

 

İmtahanlarda istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz.

 

Qeyd edək ki, hazırda imtahan materiallarının emalı aparılır. Yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın dörd həftə ərzində elan olunması nəzərdə tutulur.