Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı
sosial

Ermənistana builki ixracın dəyəri 10 milyona yaxınlaşdı

18-05-2026 11:00 120 Baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.


Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.

 

4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.