Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Trampın Çinə səfəri zamanı razılaşdırılmış iqtisadi məqamlar açıqlandı
dünya

Trampın Çinə səfəri zamanı razılaşdırılmış iqtisadi məqamlar açıqlandı

18-05-2026 08:00 104 Baxış
IMG

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Çin prezidenti Si Cinpin arasında iki ölkə arasında iqtisadi əlaqələrin yaxşılaşdırılması məqsədi daşıyan görüş zamanı əldə edilən razılaşmalarla bağlı açıqlama yayıb.


Tvit.az bu barədə ABŞ mediasına istinadən xəbər verir.


Razılaşdırılmış məsələlər barədə məlumat verən açıqlamada iki liderin ABŞ və Çin arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsini müzakirə etdiyi bildirilib.


Bəyanatda qeyd olunur ki, Ticarət Şurası ABŞ və Çin hökumətlərinə həssas olmayan mallarla ikitərəfli ticarəti idarə etməyə imkan verəcək, İnvestisiya Şurası isə investisiya ilə bağlı məsələlərin həlli üçün hökumətlərarası platforma təmin edəcək.


Elmin Alışov