Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sumqayıtda beş min abonent SUSUZ QALACAQ
sosial

Sumqayıtda beş min abonent SUSUZ QALACAQ

30-04-2026 19:00 22 Baxış
IMG

Sumqayıt şəhərinin bir sıra yaşayış məntəqələrini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

 

Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.

 

Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq.