Tvit.Az - Azərbaycanda və dünyada baş verən ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Nazirlər Kabineti qərar verdi
siyasət

Nazirlər Kabineti qərar verdi

23-11-2024 16:00 9 Baxış
IMG

Nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin vergitutma məqsədləri üçün gəlirdən çıxılması normaları və Qaydası təsdiq edilib.

"Tvit.az"ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Yeni Qaydanın təsdiqlənməsi ilə əlaqədar Nazirlər Kabinetinin “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” -ci il 4 iyun tarixli qərarı ləğv olunub.