Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı
hadisə

Gürcüstanda adam öldürməyə cəhddə təqsirləndirilən Azərbaycan vətəndaşı saxlanıldı

08-04-2026 12:00 22 Baxış
IMG

Gürcüstanda qəsdən adam öldürməyə cəhd ittihamı ilə 35 yaşlı Azərbaycan vətəndaşı N.A. saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) sosial şəbəkə hesabında məlumat verilib.

 

İstintaqla müəyyən edilib ki, Tbilisidə sözügedən azərbaycanlı şəxs qarşılıqlı mübahisə zəminində 1997-ci il təvəllüdlü xarici ölkə vətəndaşı İ.M.-ya soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralanan şəxs tibb müəssisəsinə yerləşdirilib.

 

Əməliyyat tədbirləri nəticəsində polis təqsirləndirilən şəxsi qısa müddət sonra yaxalayıb.

 

O, günahı sübuta yetirilərsə, 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

 

Faktla bağlı istintaq davam etdirilir.