Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Oğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular
hadisə

Oğuzda DƏHŞƏTLİ HADİSƏ - Toydan qayıdan ata və qızı xəstəxanalıq oldular

07-04-2026 08:00 22 Baxış
IMG

Oğuzda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Tvit.az xəbər verir ki, hadisə rayonun Sincan kəndi ərazisində baş verib.


Sirapil Yunisov 90-ML-835 dövlət nömrə nişanlı "Mitsubishi" markalı avtomobilə idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi aşıb.


Hadisə zamanı 1976-cı təvəllüdlü Otabek Yunisov və 19 yaşlı qızı Asmin Yunisova xəsarət alıblar.

 

Onların xəsarətlərinin yüngül olduğu bildirilir.


Faktla bağlı araşdırmalar aparılır.

 

"Report"un məlumatına görə, qəzaya düşən şəxslər Bakı şəhərindən toy mərasimindən qayıdırlarmış.