Uzun illər prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış 57 yaşlı İlqar Orucov vəfat edib.
Tvit.az Nyus24.az-a istinadla xəbər verir ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.
Qeyd edək ki, İ.Orucov bir müddət əvvəl prokurorluq orqanlarını tərk edib. Onun atası Aydın Orucov da Ağsuda tanınmış şəxslərdən olub.