Yevlax rayonunda ehtiyatsızlıqdan xəsarət alan kişi ölüb.
Tvit.az-ın məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində baş verib.
Ağdam rayon sakini 1954-cü il təvəllüdlü Zeynal Tağıyev martın 1-də həyətdə ot bağlamalarının üzərində olarkən ehtiyatsızlıqdan yıxılıb.
Hadisə nəticəsində ağır kəllə-beyin travması və boyun nahiyəsindən xəsarət alan Z.Tağıyev xəstəxanaya yerləşdirilsə də, martın 28-də orada ölüb.
Faktla bağlı araşdırma aparılır.