Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat Azərbaycan neftinin qiyməti 105 dolları keçib
iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 105 dolları keçib

13-03-2026 10:00 12 Baxış
IMG

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 10,15 ABŞ dolları və ya 10,63 % artaraq 105,58 ABŞ dolları təşkil edib.

 

Bu barədə Tvit.az-a neft bazarındakı mənbə məlumat verib.

 

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 100,66 ABŞ dolları təşkil edib.

 

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 10,23 ABŞ dolları və ya 11,19 % artaraq 101,63 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.