Tvit.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Məlumata əsasən, Nyu-York Şərqi vilayətinin prokuroru Adanini və onun yeddi əməkdaşını 2020-2024-cü illərdə korrupsiya cinayətlərində ittiham edib.
Bunlara fırıldaqçılıq və rüşvət, o cümlədən Hindistan hökumətinin üzvlərinə milyardlarla dollarlıq günəş enerjisi müqavilələri bağlamaq üçün 250 milyon dollardan çox pul ödəmək daxildir. Eyni zamanda Adani və tərəfdaşları ABŞ və digər ölkələrdən olan investorlardan kapital toplamaq məqsədilə bu plan barədə yalan məlumat verib.
Rüşvətin məbləği 250 milyon dollardan çox hesablanıb.
Qeyd edək ki, Adaninin sərvəti 85 milyard dolları ötüb. Dünyanın ən varlı adamlarının sıralamasında o, 18-ci yerdədir.
Aysel Şirinova