ABŞ BMT Təhlükəsizlik Şurasında (BMTŞ) veto hüququndan istifadə edərək, Təhlükəsizlik Şurasının "on" qeyri-daimi üzvünün Qəzza sektorunda dərhal və qeyd-şərtsiz atəşkəs tələb edən Fələstin-İsrail münaqişəsi ilə bağlı hazırladığı qətnamə layihəsini bloklayıb.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata əsasən, sənədə Təhlükəsizlik Şurasının 15 üzvündən 14-ü səs verib. Bu, Birləşmiş Ştatların ötən ilin oktyabrında Yaxın Şərq münaqişəsinin gərginləşməsindən sonra Qəzza sektorunda atəşkəs təminatı ilə qətnamələrin qarşısını beşinci dəfədir ki, əngəlləməsidir.
Qətnamə layihəsi Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvü tərəfindən hazırlanıb və 9 bənddən ibarətdir. Bunlardan birincisində bütün tərəflər tərəfindən müşahidə edilən dərhal, qeyd-şərtsiz və daimi atəşkəs tələbi yer alıb. Sənəddə anklavda saxlanılan bütün əsirlərin azad edilməsi, bütün tərəflərin beynəlxalq hüquqa riayət etməsi və Qəzzanın mülki əhalisinə humanitar yardım almaq tələbi nəzərdə tutulur. Qətnamə layihəsində, həmçinin, müvafiq bənd də var. Əgər sənəd qəbul edilərsə, BMT Baş katibi qətnamənin icrası ilə bağlı yazılı hesabatı üç həftə ərzində Təhlükəsizlik Şurasına təqdim etməli idi.
Aysel Şirinova