Uqanda müxalifət lideri Kizza Besijenin həyat yoldaşı oğurlandığını və sərhədi keçərək hərbi həbsxanaya aparıldığını deyib.
Tvit.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.
Siyasətçinin həyat yoldaşı, BMT-nn HİV və Qİçs üzrə Birgə Proqramının icraçı direktoru vəzifəsini icra edən Uinni Byanyima bildirib ki, Besigje noyabrın 16-da oğurlanıb.
"Mənə yenicə məlumat veriblər ki, o hərbi həbsxanadadır. Biz, onun ailəsi və vəkilləri onunla görüş tələb edirik. O, hərbçi deyil. Niyə hərbi həbsxanada saxlanılır?" - deyə o bildirib.
Bu məlumatı Kampala şəhərinin meri və Demokratik Dəyişikliklər Forumunun rəhbəri, Afrika ölkəsinin aparıcı müxalifət partiyası Erias Lukvaqo təsdiqləyib. O bildirib ki, Besije Makindye hərbi həbsxanasında saxlanılır.
Bundan əvvəl Uqandanın xarici işlər naziri Jejje Odonqo bildirib ki, ölkəyə BRiKS tərəfdaşı ölkə olmaq üçün dəvət gəlib. O əlavə edib ki, Uqandada lazımi razılıq prosedurları həyata keçirilir və bu da ölkənin assosiasiyanın dəvətini qəbul etməyə hazır olub-olmadığına qərar verməyə imkan yaradacaq.
Aysel Şirinva