Noyabrın 23-24-də Yunanistanın Saloniki şəhərində yeniyetmələr arasında keçiriləcək Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.
"Tvit.az" xəbər verir ki, yarışda Anar Quliyev (50 kq), Rüstəm Qasımzadə, Emil Hüseynli, Məhəmmədəli Hüsiyev, Məhəmməd Rüstəmli (hamısı 55 kq), Zeyd Ələsgərov, İlkin Qarayev, Abdullah Kərimov (hamısı 60 kq), Ayxan Ələkbərov, Özqan Quliyev, Fəxri Sahibzadə (hamısı 66 kq), Məhəmməd Ağakişiyev, Səid Şərifov (hər ikisi 73 kq), Məhəmməd Abbasəli, Amin Mehdiyev, Abdullah Rəhmətov (hamısı 81 kq), Səid Hüseynov (90 kq), Sübhan Axundov, Tunar Fərzəliyev, Cavidan Məsimov (hamısı +90 kq) tatamiyə çıxacaqlar.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov rəhbərlik edəcək.