Britaniyanın Gürcüstandakı səfiri Gareth Ward Gürcüstan televiziya kanalları Imedi və PosTV-yə qarşı Britaniya sanksiyaları ilə əlaqədar olaraq Respublika Xarici İşlər Nazirliyinə çağırıldı.
Tvit.az xəbər verir ki, bunu Gürcüstanın Xarici İşlər naziri Maka Boxorişvili Gürcüstanın Rustavi 2 televiziya kanalına verdiyi müsahibədə bildirib.
"Biz Britaniya tərəfi ilə əlaqə saxlamışıq. Sabah Britaniya səfirinin Xarici İşlər Nazirliyinə gələcəyini gözləyirəm. Əlbəttə, biz belə qərarların əsasının nə olduğunu aydınlaşdırmağı tələb edəcəyik,"- Boxorishvili deyib.
Aysel Şirinova