Tvit.az xəbər verir ki, bu barədə xarici media məlmat yayıb.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin ATACMS-i işə salmaq üçün kifayət qədər sayda HIMARS və MLRS M270 çoxmənzilli raket sistemləri var, lakin raketlərin özləri hələ də qıt vəziyyətdə qalır.
Noyabrın 17-də "The New York Times" qəzeti mənbələrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden Ukrayna ərazisindən ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməyə icazə verib. Çərşənbə axşamı Rusiya Federasiyasının Müdafiə Nazirliyi xəbər verib ki, noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələri Bryansk vilayətinin ərazisinə ATACMS raketləri ilə zərbə endirib, onlardan beşi "Pantsir" və "S-400" kompleksləri tərəfindən vurulub, digəri zərərsizləşdirilib.