Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya "Drujba"nın əsas qovşağına PUA hücumu olub - İDDİA (FOTOLAR)
dünya

"Drujba"nın əsas qovşağına PUA hücumu olub - İDDİA (FOTOLAR)

23-02-2026 12:00 16 Baxış
IMG

"Drujba" neft kəmərinin əsas qovşaqlarından biri olan "Kaleykino" stansiyasına PUA hücumu qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, bu barədə görüntüləri telegram kanalları yayıb.

 

Belə ki, yerli sakinlərin məlumat verdiyi PUA zərbəsindən sonra obyektdə yanğın baş verib.  Sözügedən stansiyanın Tatarıstan ərazisində yerləşdiyi bildirilib.

 

Bu gecə həmçinin Saratov, Voronej və Belqorodda partlayış səsləri eşidilib, sonuncuda elektrik enerjisinin verilişində kəsintilər qeydə alınıb.

 

Hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

 

Aysel Şirinova