Gürcüstanın daxili işlər naziri Gela Geladze Qazaxıstana rəsmi səfər edib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Gela Qeladze qazaxıstanlı həmkarı Yerjan Sadenovun dəvəti ilə ölkəyə səfər edib. Onun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşü nəzərdə tutulub.
Bundan başqa, Qazaxıstan və Gürcüstanın mütəşəkkil cinayətkarlıq, kiber-cinayətkarlıq və ekstremizmlə mübarizədə əməkdaşlığı gücləndirəcəyi də qeyd edilib.
Aysel Şirinova