Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib
dünya

İran və İraq XİN başçıları regional vəziyyəti müzakirə edib

23-02-2026 11:00 17 Baxış
IMG

İranın xarici işlər naziri Abbas Əraqçı iraqlı həmkarı Fuad Hüseyn ilə telefonla danışıb.

 

Tvit.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

 

Məlumata əsasən, söhbət zamanı regional və beynəlxalq hadisələr, o cümlədən İranın ABŞ ilə nüvə danışıqları müzakirə olunub. Hüseyn İraqın danışıqlar prosesinə dəstəyini vurğulayıb və hazırkı məsləhətləşmələrin İran üçün əlverişli nəticələrə gətirib çıxaracağına, habelə regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.

 

Əraqçı həmçinin Omanın xarici işlər naziri əl-Busəidi ilə də danışıb. Tərəflər İran və ABŞ arasında əvvəllər baş tutmuş danışıqları, eləcə də gözlənilən görüşün təşkilati məsələlərini müzakirə ediblər.

 

Aysel Şirinova