Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qarabağa yatırılan investisiyaların həcmi açıqlandı
sosial

Qarabağa yatırılan investisiyaların həcmi açıqlandı

20-02-2026 19:00 11 Baxış
IMG

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əsas kapitala yönəldilən investisiyaların həcmi açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Qeyd olunub ki, ötən ay Qarabağ iqtisadi rayonunda əsas kapitala 2 milyard 275 miyon 641 min manat məbləğində investisiya yönəldilib.

 

Bu vəsaitin 2 milyard 205 milyon 335 min manat hissəsi tikinti-quraşdırma işlərinə sərf olunub.

 

Dövr ərzində Xankəndi şəhərində əsas kapitala 363 milyon 928min manat (tikinti-quraşdırma 336 milyon 912 min manat), Ağcabədi rayonunda 19 milyon 713 min manat (tikinti-quraşdırma 17 milyon 223 min manat), Ağdam rayonunda 759 milyon 749 min manat (tikinti-quraşdırma 740 milyon 16 min manat), Ağdərə rayonunda 80 milyon 328 min manat (tikinti-quraşdırma 79 milyon 511 min manat), Bərdə rayonunda 18 milyon 905 min manat (tikinti-quraşdırma 18 milyon 58 min manat) Füzuli rayonunda 275 milyon 332 min manat (tikinti-quraşdırma 274 milyon 429 min manat), Xocalı rayonunda 183 milyon 267 min manat (tikinti-quraşdırma 172 milyon 23 min manat), Xocavənd rayonunda 164 milyon 423 min manat (tikinti-quraşdırma 163 milyon 607 min manat), Şuşa rayonunda 382 milyon 936 min manat (tikinti-quraşdırma 381 milyon 594 min manat), Tərtər rayonunda isə 27 milyon 55 min manat (tikinti-quraşdırma 21 milyon 959 min manat) investisiya yönəldilib.

 

Yanvar ayında Şərqi Zəngəzur iqtisadi rayonunda əsas kapitala 2 milyard 811 milyon 671 min manat dəyərində investisiya yönəldilib. Bunun 2 milyard 763 milyon 126 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.

 

Ay ərzində əsas kapitala yönəldilən investisiyaların miqdarı Cəbrayıl rayonunda 373 milyon 321 min manat (tikinti-quraşdırma işləri üzrə 349 milyon 964 min manat), Kəlbəcər rayonunda 1 milyard 9 milyon 299 min manat (tikinti-quraşdırma işləri üzrə 994 milyon 592 min manat), Qubadlı rayonunda 240 milyon 266 min manat (tikinti-quraşdırma işləri üzrə 239 milyon 303 min manat), Laçın rayonunda 453 milyon 93 min manat (tikinti-quraşdırma işləri üzrə 448 milyon 258 min manat), Zəngilan rayonunda 735 milyon 691 min manat (tikinti-quraşdırma işləri üzrə 731 milyon 7 min manat) təşkil edib.