Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir
sosial

Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir

20-02-2026 19:00 7 Baxış
IMG

Azərbaycandan Ukraynaya növbəti enerji avadanlığı partiyası göndərilir.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev "Facebook" sosial şəbəkə hesabında paylaşım edib.

 

Onun sözlərinə görə, müxtəlif güclü 31 generator və iki ehtiyat avtomatik işəsalma sistemi Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələrinin, xəstəxanaların və Rusiyanın hücumlarından zərər çəkmiş regionların ehtiyacları üçün təhvil veriləcək:

 

"Enerji avadanlığı Ukraynanın xarici işlər naziri Andrey Sibiqa tərəfindən irəli sürülmüş "Ukrayna üçün istilik" qlobal təşəbbüsü çərçivəsində göndərilir".