Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qusarın bəzi ərazilərində qaz olmayacaq
sosial

Qusarın bəzi ərazilərində qaz olmayacaq

20-02-2026 19:00 14 Baxış
IMG

Qusar rayonunda 23 fevral saat 10:00-dan etibarən 3 209 abonentin qaz təchizatı dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Xaçmaz Regional Qaz İstismarı idarəsi (RQİİ) məlumat yayıb.

 

Bildirilib ki, qaz təchizatının dayandırılması Şahdağ yolunun təmiri ilə əlaqədardır.

 

Qaz təchizatı dayandırılan müddətdə Qusarın Yeni məhəllə, Şarvili, Füzuli, Sərdar Səfərov, Maqamayev, 8 Mart, Elza İbrahimova, Ləzgi-Nemət, Sahil, Məlikov, Füruddin Həsrətov, Yetim-Emin, Ləzgi Əhməd küçələri, Qayakənd və Çiləgir kəndləri olmaqla ümumilikdə 3 209 abonentin qaz təchizatında fasilə yaranacaq.

 

Qeyd edilib ki, qaz təchizatı təmir işləri başa çatdıqdan sonra bərpa ediləcək.