Misirin xarici işlər naziri Bədr Əbdülati ilə İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçı arasında telefon danışığı olub.
Tvit.az-ın İran mediasına istinadla verdiyi xəbərə görə, telefon danışığında son regional və beynəlxalq hadisələr barədə müzakirə və fikir mübadiləsi aparılıb.
İran xarici işlər naziri bu danışıqda Tehran və Vaşinqton arasındakı dolayı danışıqlarla bağlı son hadisələrə toxunaraq, qarşılıqlı hörmət və maraqlara əsaslanan danışıqlar layihəsinin hazırlanması üçün səy göstərilməsini vurğulayıb.
Misirli həmakrı isə öz növbəsində diplomatik prosesin davam etməsini alqışlayaraq, danışıqların irəliləməsi və əlaqədar tərəflər üçün qəbul edilən bir çərçivəyə nail olunması məqsədilə məsləhətləşmələrin davam etdirilməsinin zəruriliyindən bəhs edib.
Aysel Şirinova