Ermənistan və Gürcüstan iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Tvit.az bu barədə erməni mediaısna istinadla məlumat verir.
Belə ki, Gevorq Papoyan və onun dəvəti ilə İrəvanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Ermənistan-Gürcüstan əməkdaşlığının genişləndirilməsinə yönəlmiş bir sıra məsələləri müzakirə ediblər.
Görüşdə ticarət-iqtisadi münasibətlərin dərinləşdirilməsi, yüklərin maneəsiz tranziti, eləcə də turizm sektorunun inkişafı ilə bağlı məsələlər nəzərdən keçirilib.
Aysel Şirinova