Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Mario Götze klubu ilə olan müqaviləsinin müddətini artıra bilər
idman

Mario Götze klubu ilə olan müqaviləsinin müddətini artıra bilər

19-02-2026 22:00 15 Baxış
IMG

Almaniyanın "Ayntraxt" klubunda çıxış edən Mario Götze klubu ilə olan müqaviləsinin müddətini uzada bilər.

 

Tvit.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

 

Mənbə bildirir ki, tərəflər arasında danışıq mart ayında start götürəcək. Hazırda hər şey müqavilənin uzadılmasına işarə edir və hətta Albert Rieranın baş məşqçi kimi gəlişindən sonra da bu ehtimal bir qədər də artıb. Lakin Götze Frankfurtda qalmağa meylli olsa da, 33 yaşlı futbolçunun maaşının azaldılmasının zəruri olduğu bildirilir.

 

Qeyd edək ki, Götze bu mövsüm "Ayntraxt"ın heyətində bütün yarışlarda 24 oyun keçirib və iki məhsuldar ötürmə edib. Onun komandası ilə olan hazırkı sözləşməsi cari mövsümün sonuna qədər nəzərdə tutulub.