Litva Dünya Bankı vasitəsilə Ukraynada infrastrukturun bərpası layihələrinin maliyyələşdirilməsinə 10 milyon avro ayıracaq.
Bu barədə Baltik Respublikasının Maliyyə Nazirliyi məlumat yayıb.
“Dünya Bankının öz ixtisaslaşdırılmış fondları vasitəsilə Ukraynanın həyati vacib infrastrukturunun bərpasına, ictimai xidmətlərin göstərilməsinin təmin edilməsinə, təhsil, səhiyyə və mənzil-tikinti sektorlarının dəstəklənməsinə səmərəli yardım göstərməyə imkan verdiyini nəzərə alaraq, bu məqsədlər üçün 10 milyon avro əlavə töhfə”, - departamentin rəhbəri Gintāre Skaistenin sözləri Maliyyə Nazirliyinin saytındakı mesajda sitat gətirilir.
Məlumata görə, hüquqi prosedurlar başa çatdıqdan sonra vəsait yaxın günlərdə köçürüləcək. Bu, Litvanın ikinci belə töhfəsidir. 5 milyon avro məbləğində birinci 2022-ci ilin sonunda edilib.
Aysel Şirinova