Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb
hadisə

Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb

19-02-2026 18:00 23 Baxış
IMG

Bakıda qonşusunun evinin pəncərəsini balta ilə qıraraq oğurluq edən kirayənişin saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.


Belə ki, paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə daxil olan naməlum şəxs 11 min 500 manat pulu talayaraq ələ keçirib.

 

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də dəfələrlə məhkum olunmuş Vüqar Yunsurov saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb. Araşdırmalarla V. Yunsurovun oğurluq etdiyi evin pəncərəsini balta ilə sındıraraq içəri daxil olduğu müəyyən edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.