Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu məhsulu Rusiyaya aparmayın! - AZAL-dan xəbərdarlıq
sosial

Bu məhsulu Rusiyaya aparmayın! - AZAL-dan xəbərdarlıq

19-02-2026 17:00 13 Baxış
IMG

Üzərlik Azərbaycan qanunvericiliyinə görə cinayət tərkibi yaratmasa da, Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə (narkotik vasitələrin qanunsuz dövriyyəsi) əsasən bu bitkinin daşınması ciddi cinayət məsuliyyəti ilə nəticələnə bilər.

"Tvit.az" xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiyaya səfər etməyi planlaşdıran vətəndaşlardan üzərlik və oxşar bitkiləri özləri ilə aparmamaq, səfərdən öncə mövcud qaydalarla diqqətlə tanış olmaq xahiş olunur.

Qanunları əvvəlcədən bilmək sizi ciddi problemlərdən qoruyar.