Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu 14 məmur vəzifəsini itirdi - ADLAR
sosial

Bu 14 məmur vəzifəsini itirdi - ADLAR

19-02-2026 11:00 30 Baxış
IMG

Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.

Tvit.az Oxu.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Rövşən Bağırov əmr imzalayıb.

Əmrə əsasən, İH-in aşağıda adları çəkilən əməkdaşları vəzifələrini itiriblər:

1. İntiqam Əhmadov - Ağsu RİH başçısının Ərəbuşağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

2. Əhməd Hüseynov - Ağsu RİH başçısının Kalva kənd inzibati ərazi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

3. Elxan Quliyev - Ağsu RİH başçısının Gəgəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

4. Yusif Xalıqov - Ağsu RİH başçısının Bozavand kənd inzibati ərazi da üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi.

5. Sail Baloğlanov - Ağsu RİH başçısının Kəndoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

6. Elmir Məmmədov - Ağsu RİH başçısının Ərəbsarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

7. Elşən Məhərrəmov - Ağsu RİH başçısının Ləngəbiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi.

8. Elnur Səlimov - Ağsu RİH başçısının Çiyni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

9. Cahangir Babaxanov - Ağsu RİH başçısının Rəhimli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini

10. Teymur Əliyev - Ağsu RİH başçısının Ərəbmehdibəy kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi;

11. Fuad Kərimli - Ağsu RİH başçısının Padar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

12. Taryel Qasımov - Ağsu RİH başçısının Bico kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

13. Rəvan Ziyazadə - Ağsu RİH başçısının Muradlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi

14. Fəxrəddin Rüstəmov - Ağsu RİH başçısının Xanbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi.

Məlumata görə, adıçəkilən şəxslər başqa işlə təmin edilməyiblər.