Rusiya prezidenti Vladimir Putin nüvədən çəkindirmə sahəsində dövlət siyasətinin əsaslarını təsdiqləyib.
Tvit.az xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi portalında qeyd olunub.
Dövlət başçısı sentyabrın 25-də nüvə doktrinasının dəyişdirilməsini təklif edib.
Doktrinanın yenilənmiş versiyası nüvə çəkindirmənin həyata keçirdiyi dövlətlər və hərbi ittifaqlar kateqoriyasını genişləndirir. Bundan başqa, Moskvanın hücumun törədildiyini nəzərə alacaq əsaslar dəyişdirilib. Bu da öz növbəsində Kremlə nüvə reaksiyasının başlanması üçün əsas verəcək.
Putinin nüvə doktrinasını yeniləmək təşəbbüsü Müdafiə Nazirliyi tərəfindən dəstəklənib.
Aysel