Avropa İttifaqı Rusiyaya göstərilən yardıma, xüsusən də Pekinin iddia edilən döyüş pilotsuz təyyarələri (PUA) tədarükünə görə İran və Çinə qarşı yeni sanksiyalar tətbiq edə bilər.
Tvit.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib.
“Bunu nəzərə alaraq, biz İrana qarşı əlavə sanksiyalar tətbiq edirik, həmçinin Çinin PUA-lara dəstəyi fonunda bunun nəticələrinin olması lazım olduğunu və olacağını açıqlayırıq”, - diplomat hədələyib.
Elmin Alışov