Müğənni Mətanət Əsədova gizli ailə həyatı qurduğunu açıqlayıb.
"Tvit.az" xəbər verir ki, sənətçi "Bir gün" verilişində həyat yoldaşının tanınmış şəxs olduğunu bildirib:
"Məni daşıyacaq bir kişidir. Sevgidə qürur yoxdur. Onun bütün xüsusiyyətlərini sevirəm. Onda səhv tuta bilmərəm. Həyat yoldaşım tanınmış biridir. Müəyyən dərəcədə tanınır".