Vaşinqton gələcəkdə nüvə arsenalının artırılmasını istisna etmir, lakin bununla bağlı qərarı ABŞ-ın növbəti prezidenti Donald Tramp verəcək.
Tvit.az xəbər verir ki, bu barədə ABŞ-nin hazırkı lideri Co Bayden administrasiyasındakı mənbələrə istinadən Wall Street Journal məlumat yayıb.
"Əgər cari tendensiya davam edərsə və vəziyyət mənfi istiqamətdə inkişaf edərsə, o zaman gələcəkdə ABŞ-nin yerləşdirilən nüvə silahlarının sayının artırılmasına ehtiyac yarana bilər”, - deyə adı açıqlanmayan yüksək rütbəli ABŞ rəsmisi bildirib.
"Mənfi ssenari" haqqında danışarkən o, Rusiyanın silahlara nəzarətdən imtina etdiyini, Çin və Şimali Koreyanın isə qabiliyyətlərini artırdığını müdafiə edib.
Bundan əlavə qeyd edilib ki, tezliklə Konqresə məxfiliyi silinmiş "nüvə silahlarına dair təlimat" hesabat göndəriləcək.
Aysel Şirinova