Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Tvit.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" və VAZ-2106 markalı avtomobillərin toqquşması nəticəsində 2018-ci il təvəllüdlü azyaşlı həyatını itirib, 4 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.