Serbiya tarixində ən güclü ordusuna malikdir və 1999-cu ildə NATO-nun həyata keçirdiyi aqressiyanı heç kimə təkrar etdirməyəcək.
Tvit.az xəbər verir ki, bunu respublika prezidenti Aleksandar Vuçiç ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“Bizim 1999-cu ilin heç vaxt təkrarlanmaması üçün təcrübəli mütəxəssislərimiz var. Serbiyaya hücum etməyi düşünən hər kəs bunu çox yaxşı düşünməlidir. Ordumuz indiyədək olduğundan daha güclüdür,” – deyə serb lider vurğulayıb.
Aysel Şirinova