Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Çin Ukrayna sülh prosesinə dəstəklə bağlı səylərini artırır - Rəsmi nümayəndə
dünya

Çin Ukrayna sülh prosesinə dəstəklə bağlı səylərini artırır - Rəsmi nümayəndə

29-12-2025 14:00 15 Baxış
IMG

Çin Ukrayna üzrə sülh prosesinə dəstək göstərmək üçün səylərini artırır.

 

Tvit.az xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Lin Cian danışıb.

 

“Çin tərəfi bu böhranın sülh yolu ilə həllinə xidmət edən bütün səyləri dəstəkləyir və ümid edir ki, bütün tərəflər dialoq və danışıqlar vasitəsilə ədalətli, uzunmüddətli və öhdəlikli sülh sazişinə mümkün qədər tez nail ola biləcəklər”, – deyə nazirlik nümayəndəsi vurğulayıb.

 

Lin Cian əlavə edib ki, Çin bütün münaqişə tərəfləri ilə əlaqələri dəstəkləyir. Onun sözlərinə görə, Pekinin sülh prosesində konstruktiv rolu beynəlxalq ictimaiyyət üçün aydındır.

 

Aysel Şirinova