Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Zelenski: Tramp Ukraynaya 15 illik zəmanət təklif edir, Kiyev isə 30 illik istəyir
dünya

Zelenski: Tramp Ukraynaya 15 illik zəmanət təklif edir, Kiyev isə 30 illik istəyir

29-12-2025 13:00 18 Baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Ukraynaya 15 illik təhlükəsizlik zəmanətləri təklif edir, uzatma imkanı ilə, Ukrayna isə 30–50 illik zəmanət tələb edir. 

 

Tvit.az xəbər verir ki, bunu  Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə deyib.

 

“Doğrudan da, hazırda bu təklif olunan həmişəlik deyil. Sənəd 15 illikdir. Mən bu məsələni prezidentlə qaldırdım. Ona dedim ki, münaqişə artıq demək olar ki, 15 ildir davam edir. Buna görə də çox istərdik ki, zəmanətlər daha uzun müddətli olsun. Mən ona dedim ki, biz 30, 40 və ya 50 illik zəmanət imkanını nəzərdən keçirmək istərdik. Prezident dedi ki, bu barədə düşünəcək”, – deyə o bildirib.

Aysel Şirinova