Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azərbaycanın "qara siyahı"sına düşən şəxslərin sayı açıqlanıb
sosial

Azərbaycanın "qara siyahı"sına düşən şəxslərin sayı açıqlanıb

26-12-2025 18:00 12 Baxış
IMG

Azərbaycan əraziləri işğal altında olduğu dövrdə oraya səfər etməklə "qara siyahı"ya daxil edilən şəxslərin sayı hazırda iki min nəfərdən çoxdur.

 

Tvit.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

"İşğal dövründə Azərbaycan ərazilərinə rəsmi Bakının icazəsi olmadan gəlib-gedən şəxslər ölkəmizin "qara siyahı"sına daxil etmişdi. Kimlər ki, bu məsələ ilə bağlı rəsmi müraciət edərək üzrxahlıq ediblər, onlar siyahıdan çıxarılıb və bu gün Azərbaycan ərazisinə səfər edə bilərlər. Kimlər üzrxahlıq etməyibsə, onlar hələ də "qara siyahı"dadırlar. Ümumilikdə, hazırda bu siyahıda iki mindən çox şəxs var və bu, 30 il ərzində qeydə alınıb", - nazir qeyd edib.