Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət "Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" - Ceyhun Bayramov
siyasət

"Bu il Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub" - Ceyhun Bayramov

26-12-2025 15:00 25 Baxış
IMG

2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub.

"Tvit.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabatı təqdim edərkən deyib.

Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycan Prezidentinin rəhbərliyi altında həyata keçirilmiş xarici siyasət çox zəngin olub:

"Azərbaycan beynəlxalq müstəvidə mövqeyini gücləndirib, diplomatik təmsilçiliyini genişləndirib. 2025-ci ildə Ermənistanla sülh prosesində böyük irəliləyiş əldə olunub. Azərbaycan tərəfindən beynəlxalq sülh və sabitliyin təşviqi, beynəlxalq iqtisadi əməkdaşlıq, vasitəçilik səyləri ölkənin nüfuzunun daha da güclənməsinə töhfə verib".