Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qazaxıstan Ukraynadakı vəziyyətlə bağlı platforma təqdim etməyə hazırdır
dünya

Qazaxıstan Ukraynadakı vəziyyətlə bağlı platforma təqdim etməyə hazırdır

23-12-2025 18:00 19 Baxış
IMG

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı respublikanın Ukraynada vəziyyətin nizamlanması üzrə danışıqlar üçün platforma təqdim etməyə hazır olduğunu bildirib.

 

Tvit.az xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunur:
“Dövlətimizin başçısı Ukrayna münaqişəsinin nizamlanmasının mürəkkəbliyini vurğulayıb. Bu münaqişədə ərazi məsələsi üstün mövqe tutur və ‘yerdəki’ real vəziyyət nəzərə alınmaqla hər iki tərəfdən kompromislər tələb edir. Buna görə Qazaxıstan bütün cəlb olunmuş tərəfləri səbir, çeviklik və peşəkarlıq nümayiş etdirməyə, həmçinin sülh formulunun axtarışını davam etdirməyə çağırır. Eyni zamanda, ölkəmiz vasitəçi deyil, lakin zərurət yarandığı halda xoş niyyət ruhunda danışıqlar üçün platforma təqdim etməyə hazırdır”.