Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazir: "Yeni strategiyanın icrası ölkəmizin iqtisadi potensialının reallaşmasına və rəqabətqabiliyyətinin artmasına təkan verəcək"
sosial

Nazir: "Yeni strategiyanın icrası ölkəmizin iqtisadi potensialının reallaşmasına və rəqabətqabiliyyətinin artmasına təkan verəcək"

23-12-2025 11:00 13 Baxış
IMG

"Rəqəmsal iqtisadiyyatın inkişafı dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas hədəflərindəndir".

 

Tvit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında paylaşım edib.

 

"Bu istiqamətdə qəbul edilmiş 2026-2029-cu illəri əhatə edən Strategiya çərçivəsində rəqəmsal texnologiyaların iqtisadiyyatın bütün sahələrində tətbiqi, müasir bilik və bacarıqların gücləndirilməsi, innovativ sahibkarlığın təşviqi ilə rəqəmsal iqtisadiyyat ekosisteminin formalaşdırılması üçün tədbirlər görüləcək.

 

Strategiyanın icrası ölkəmizin iqtisadi potensialının reallaşmasına və rəqabətqabiliyyətinin artmasına təkan verəcək", - paylaşımda bildirilib.