Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu şərab evində saxta alkoqollu içkilər aşkarlandı
sosial

Bu şərab evində saxta alkoqollu içkilər aşkarlandı

22-12-2025 19:00 15 Baxış
IMG

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, H.Əliyev prospektində “Secret Şərab Evi” MMC-yə məxsus şərab evində keçirilmiş yoxlama zamanı normativ-hüquqi aktların tələblərinin pozulduğunu müəyyən ediblər.

 

AQTA-dan Tvit.az-a verilən məlumata görə, “Vip Line” və ”Berezka” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb, normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul olunub.

 

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

 

Araşdırmalar davam etdirilir.