Sosial şəbəkələrdə Bakı-Şamaxı yolu üzərində yol nişanlarının ard-arda təkrar şəkildə qoyulması ilə bağlı görüntülər yayılıb.
Görüntülərdən aydın olur ki, təkrarlanan eynitipli yol nişanları bir-birinə yaxın məsafədə quraşdırılıb. Sürücülər bunun səbəbini anlamadıqlarını bildiriblər.
Oxu.az-ın əldə etdiyi məlumata görə, sözügedən nişanların təkrarlanmasına səbəb köhnələrin yenisi ilə əvəz edilməsidir. Qeyd olunub ki, köhnə nişanlar yaxın zamanlarda söküləcək.