Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial FHN-də Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirildi
sosial

FHN-də Heydər Əliyevin anım günü ilə bağlı tədbirlər keçirildi

12-12-2025 18:00 13 Baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin qurum və regional mərkəzlərində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib.

 

Tvit.az xəbər verir ki, əvvəlcə, tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, Dahi Rəhbərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

 

Tədbirlər Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

 

Tədbirlərdə çıxış edənlər dünya şöhrətli siyasətçi, Dahi Rəhbər Heydər Əliyevin mənalı həyat yolu və xalqımız qarşısında müstəsna xidmətlərindən söz açıb, əbədiyaşar ideyalarından danışıb, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki, yeni qurulmuş müstəqil Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən, cəmiyyəti isə dərin böhrandan qurtaran böyük Xilaskarın müdrik siyasi fəaliyyəti nəticəsində ölkəmiz qısa müddət ərzində dinamik inkişaf yoluna qədəm qoyaraq beynəlxalq birliyin layiqli üzvünə çevrildi. Hər bir azərbaycanlı üçün əvəzsiz məktəb olan Dahi Rəhbərin mübarizə dolu həyat yolu və zəngin siyasi irsi yaddaşlarda daim yaşayacaq.

 

Tədbirlərdə bildirilib ki, Ulu Öndər Heydər Əliyevin strateji inkişaf kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yeri və əhəmiyyətli siyasi çəkisi olan bir dövlət kimi tanınır, qəbul edilir.

 

Tədbirlərin sonunda Ulu Öndər Heydər Əliyevin təkrarsız həyat yolundan və titanik siyasi fəaliyyətindən bəhs edən film nümayiş olunub.