Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək
sosial

Sabah 8 minə yaxın abonentin qazı kəsiləcək

10-12-2025 19:00 34 Baxış
IMG

Sabah Astara rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Astara rayonunun "Şahağacı" qaz paylayıcı stansiyasında istismarda olan metal qaz xəttinin üzərində yerləşən siyirtmədə aşkarlanmış qaz sızması aradan qaldırılacaq.

 

Bu məqsədlə dekabrın 11-də saat 10:00-dan işlər tamamlananadək Siyəkü, Vaqo, Niləşə, Binəbəy, Həsin, Lələkəpeştə, Şağlazüzə, Siyakeş, Şıxaməhəllə, Rinə, Pensər, Çayoba, Kakalos, Kolatan, Bala Şahağacı, Qamışoba, Şiyəkəran, Şahağacı, Təngərüd, Maşxan kəndlərinin və Kijəbə qəsəbəsinin bir hissəsi olmaqla ümumilikdə 7 800 abonentin təbii qaz təchizatının müvəqqəti olaraq dayandırılması planlaşdırılır.