İran millət vəkillərindən ibarət nümayəndə heyəti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Parlament Assambleyasının iclasında iştirak etmək üçün Moskvaya səfər edib.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, nümayəndə heyətinə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi rəhbərlik edib.
Məlumata görə, İbrahim Əzizi toplantıya İranın Moskvadakı səfiri Kazım Cəlali və İran–Rusiya Parlament Dostluq Qrupunun üzvü Fərşad İbrahimpurla birlikdə qatılıb.
Sessiya çərçivəsində Əzizi Rusiya Dövlət Dumasının ev sahibliyi etdiyi iclasda İranın təhlükəsizlik və xarici siyasət üzrə mövqeyini açıqlayıb.
Elmin Alışov