Rusiya hökuməti 1989–2000-ci illərdə Kanadaya, Fransaya və Portuqaliyaya dair hərbi sahədə əməkdaşlıq üzrə imzalanmış üç sazişi ləğv edib.
Tvit.az xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustinin fərmanında bildirilib.
“20 noyabr 1989-cu ildə Moskvada imzalanmış SSRİ hökuməti ilə Kanada hökuməti arasında hərbi səfərlər üzrə sazişi, 4 fevral 1994-cü ildə Moskvada imzalanmış Rusiya Federasiyası hökuməti ilə Fransa Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq sazişi və 4 avqust 2000-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası hökuməti ilə Portuqaliya Respublikası hökuməti arasında hərbi sahədə əməkdaşlıq sazişi ləğv edilsin,” – sənədin mətnində deyilir.
Aysel Şirinova