Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Hizbullah lideri: İsrailə güzəştlər Livana fayda verməyəcək
dünya

Hizbullah lideri: İsrailə güzəştlər Livana fayda verməyəcək

05-12-2025 22:00 21 Baxış
IMG

İsraillə danışıqlara mülki ekspertlərin cəlb olunması pulsuz güzəşt hesab olunur və Livana qarşı aqressiyanın və işğalın dayandırılmasına gətirib çıxarmayacaq.

Tvit.az xəbər verir ki, bu fikri “Hizbullah”ın baş katibi Naim Kasem bildirib.

“Sərhəddə müqavimət qüvvələrinin silahsızlandırılması qərarından sonra hökumətin etdiyi daha bir səhvdir. Belə güzəştlər İsrail rəqibini dayandırmayacaq və Livana heç bir fayda gətirməyəcək", - deyə o, qeyd edib.

Kasemin sözlərinə görə, ABŞ-da keçmiş səfir Simon Karamın cənub sərhəddə atəşkəsin müşahidəsi üzrə komitənin işində iştirak edən Livan nümayəndə heyətinin rəhbəri təyin olunması “uyğunlaşdırılmamış addım”dır.

Aysel Şirinova