Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda yaşayış binasında yanğın
hadisə

Bakıda yaşayış binasında yanğın

04-12-2025 12:00 10 Baxış
IMG

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Bu barədə "Tvit.az"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin mətbəxində 3 paq.m mətbəx mebeli və 1 ədəd paltaryuyan maşın yanıb.

Yüksək temperaturdan lambirdən ibarət tavanı 5 m² sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.